Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatının həyat yoldaşı Yuliya Drapataya sosial şəbəkələrdə Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid və istehza edən paylaşımlar edib.
1xeber.media xəbər verir ki, bu barədə RIA Novosti Yuliya Drapatayanın sosial şəbəkə hesablarına istinadən məlumat yayıb.
Məlumata görə, paylaşımlardan birində Zelenskinin təsviri ilə birlikdə onun ünvanına tənqidi məzmun daşıyan ifadələr yer alıb.
Agentliyin iddiasına əsasən, daha sonra Yuliya Drapataya başqa bir paylaşımında Zelenskinin hərbi xidmət keçmədiyini qeyd edərək onun orduya çağırılmalı olduğunu yazıb. Həmçinin paylaşımlarda Ukrayna prezidenti ilə bağlı başqa iddialar da səsləndirilib.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar RIA Novosti tərəfindən irəli sürülən iddialara əsaslanır. Məqalənin dərc olunduğu vaxta qədər bu iddialarla bağlı rəsmi açıqlama verilməyib.
















