Serbiyada parlament seçkiləri 2026-cı ilin payızına, prezident seçkiləri isə bir az gec təyin edilib.
1xeber.media xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç iyulun 23-də Çexiya Baş naziri Andrey Babişlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Hələlik dəqiq tariximiz yoxdur, amma keçən il seçkilərin 2026-cı ilin sonuna qədər keçiriləcəyini demişdim və sözümə əməl edəcəyəm", - deyə Serbiyanın N1 televiziya kanalı onun sözlərini sitat gətirib.
Vuçiç aydınlıq gətirib ki, hazırda prezident seçkiləri üçün dəqiq tarix yoxdur, lakin onlar çox güman ki, parlament seçkilərindən "bir az gec" keçiriləcək. Onun sözlərinə görə, sonuncu oktyabr və ya noyabr aylarında baş tuta bilər.
















