1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı verdiyi bəzi əsas iqtisadi vədləri hələ də tam yerinə yetirə bilməyib.
Məlumata əsasən, Trampın zavodlarda iş yerlərinin sayını artırmaq və orta təbəqənin həyat səviyyəsini yaxşılaşdırmaqla bağlı vədlərinə baxmayaraq, ölkədə işçi qüvvəsinin sayı azalmağa davam edir. Bildirilir ki, əhalinin yaşlanması da əmək bazarında işçi çatışmazlığını daha da dərinləşdirir.
Reuters qeyd edir ki, süni intellekt sahəsinə yatırılan investisiyalar tikinti sektorunda məşğulluğun artmasına səbəb olsa da, əməkhaqqı hesabatları emal sənayesində iş yerlərinin sayının keçmiş prezident Co Baydenin səlahiyyət müddətinin sonu ilə müqayisədə azaldığını göstərir.
Bundan əlavə, ABŞ-da dövlət sektorunda çalışanların sayının da əhəmiyyətli dərəcədə azaldığı bildirilir.
















