"Bu, hökumətimizin son iclasıdır, bazar günü istefa verəcəyik".
1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.
"Biz bazar günü Parlamentin 9-cu çağırışının təşkili münasibətilə istefa verəcəyik, bundan sonra Ermənistan Respublikasının Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi Baş nazir təyin edəcək. Bu tərkibdə sonuncu dəfə görüşürük", - deyə Paşinyan bildirib.
















