2026-cı ilin ikinci rübündə Avrozonanın iqtisadiyyatı 0,4 faiz, Avropa İttifaqının (Aİ) ümumi iqtisadiyyatı isə 0,5 faiz artıb.
1xeber.media xəbər verir ki, bu barədə Avrostatın açıqladığı məlumatlarda bildirilib.
Statistikaya əsasən, ikinci rübdə Aİ-də ən yüksək iqtisadi artım İrlandiyada qeydə alınıb. Ölkənin ümumi daxili məhsulu (ÜDM) 3,9 faiz artıb.
Sonrakı yerlərdə Litva (1,7 faiz) və İsveç (1,4 faiz) qərarlaşıb.
Ən zəif nəticə isə Belçika və Avstriyada qeydə alınıb. Hər iki ölkədə iqtisadi artım 0 faiz səviyyəsində olub.
Bundan əvvəl Almaniyanın Federal Statistika İdarəsi (Destatis) ölkə iqtisadiyyatının ikinci rübdə 0,2 faiz artdığını açıqlamışdı. Məlumata görə, bu artım əsasən ixracın yüksəlməsi hesabına təmin olunub.
Bundan başqa, S&P Global şirkətinin məlumatına əsasən, iyul ayında Avrozonada işgüzar aktivlik gözlənilmədən Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyəyə qayıdıb. Müvafiq indeks 51,9 bəndə yüksələrək mart ayından bəri ilk dəfə 50 bəndlik həddi keçib. Almaniyada göstərici son üç aylıq enişdən sonra yenidən artıb, Fransada isə iqtisadi geriləmə fevraldan bəri ən aşağı səviyyəyə enib.
















