Elm və Təhsil Nazirliyi (ETN) ölkə üzrə bir sıra orta məktbələrin və təhsillə bağlı qurumların yerləşdiyi binaların əsaslı təmirini həyata keçirmək üçün tender elan edib.
1xeber.media xəbər verir ki, nazirliyin tabeliyində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi prosesə birbaşa nəzarət edəcək.
Bunun üçün nazirlik 4 milyon 260 min 957 manatlıq büdcə müəyyən edib. Açıq mənbələrdə isə qeyd olunur ki, ETN Lənkəran rayonu, Şağlaküçə kənd orta məktəbi, Lənkəran şəhər 9 saylı tam orta məktəbi, Lənkəran şəhər 4 saylı tam orta ümumtəhsil məktəbi, Lənkəran şəhər 7 saylı tam orta ümumtəhsil məktəbi, Şirvan şəhər Təhsil Rim Şirvan UGİŞM, Salyan şəhər, Aşıq Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin, habelə Şirvan şəhər 14 saylı tam orta ümumtəhsil məktəbinin təmirini reallaşdırmaq fikrindədir.
















