Kəlbəcər rayonunun Zar kəndində Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir.
Kəlbəcərin ən yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri olan Zar kəndinin təməli 2023-cü ilin avqust ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən və rayon mərkəzində 26 kilometr məsafədə olan Zar kəndi bu ilin payızında ilk sakinlərinin qəbul edəcək.
Zarda icra olunan tikinti layihəsinin rəhbəri İldırım Babayev "Report"un əməkdaşına açıqlamasında bildirib ki, kənddə hər biri 12 sot sahəyə malik olan 547 fərdi ev tikilir:
















