Sabirabad Rayon Mərkəzi Xəstəxanasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq direktoru Həsən Hüseynovun məhkəməsi başlayıb.
1xeber.media xəbər verir ki, baxış iclası avqustun 11-nə təyin edilib.
İttihama görə, Həsən Hüseynov qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.
H,Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.
H.Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş rəisi general-polkovnik Səfər Mehdiyevin bacanağıdır. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi.
















