1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının Zaporojye vilayətindəki Lyubitskoye kəndinə, eləcə də Xarkov vilayətindəki Olqovka qəsəbəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, “Şərq” qoşun qruplaşmasının bölmələri Ukrayna qüvvələrinin müdafiəsinin dərinliyinə doğru irəliləyərək Lyubitskoye yaşayış məntəqəsini azad edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi avqustun 1-nə keçən gecə Kiyev və Kiyev vilayətində hərbi sənaye müəssisələrinə və logistika mərkəzlərinə yüksək dəqiqlikli silahlarla, eləcə də zərbə tipli pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirildiyini bildirmişdi.
Bu fonda Ukrayna Prezidenti Volodimir Zelenskinin raketlərin qarşısının alınması imkanlarının məhdud olduğunu açıqladığı qeyd olunur. Onun sözlərinə görə, Kiyevin hava hücumundan müdafiə qüvvələri yalnız bir hədəfi vurmağa nail olub.
















