Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırskinin vəzifədən ayrılmasından sonra bir sıra yüksək rütbəli hərbçilərin xidməti başa vuraraq təqaüdə çıxmağa qərar verdiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, keçmiş baş komandanın müavini Andrey Lebedenko və Ukrayna Silahlı Qüvvələrinin keçmiş arxa təminat rəisi Vladimir Karpenko hərbi xidmətdən ayrılıblar. Bildirilir ki, Karpenko hazırda Kiyevdə yerləşən hərbi hospitalların birində müalicə alır və II qrup əlillik statusunun rəsmiləşdirilməsi imkanını nəzərdən keçirir.
Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı keçmiş baş komandan Aleksandr Sırskiyə yaxın hesab olunan generallardan biri – Aleksandr Qruzeviçi vəzifəsindən kənarlaşdırmışdı.
Qeyd edək ki, bu məlumat RIA Novosti tərəfindən yayılan iddialara əsaslanır və rəsmi mənbələr tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.















