Futbol ulduzu Kriştianu Ronaldo nişanlısı Corcina Rodrigeslə doğulub boya-başa çatdığı adada evlənməyə hazırlaşır.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün toy mərasimini Madeyra adasında keçiriləcək.
Məlumata görə, adanın paytaxtı Funşaldakı kafedral kilsəsi gələn şənbə günü keçiriləcək möhtəşəm toy mərasimi üçün artıq bron edilib.
41 yaşlı Portuqaliya millisinin ulduzu Ronaldo uşaqlıq illərini Funşalda keçirib. Məşhur cütlüyün toy ziyafəti adadakı beşulduzlu Savoy Palace hotelində keçiriləcək.
Ronaldo 2016-cı ildə Corcina Rodrigeslə tanış olub və ötən ilin avqustunda ona evlilik təklifi edib.
Ronaldo daha əvvəl açıqlamasında Corcina ilə Dünya Çempionatından sonra evlənməyi planlaşdırdıqlarını bildirmişdi. Xatırladaq ki, Portuqaliya millisi ötən ay keçirilən mundialda son çempion İspaniyaya məğlub olaraq turnirlə vidalaşmışdı.


















