Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər
qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi
sayəsində ölkələrimiz arasında 1995-ci ildə Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə
imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl
qoymuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin
liderinə, dünyada isə nüfuzlu söz sahibinə çevrilməsini təmin edib.
İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə
gəlib. Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti
Sadır Japarovla təkbətək görüşü, iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan
Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız
Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi
mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının
Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu
keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı
etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli
fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək
ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında
münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində
keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası
siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın
genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk
dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil və mədəni dəyərlər birləşdirir. Bu baxımdan
humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsidir. Təhsil, elm, mədəniyyət, gənclər
siyasəti və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı etimadı
daha da möhkəmləndirir. Xıdırlıda tikilən Ayköl Manas adına məktəb də məhz bu humanitar
əməkdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur.
Mədəni-humanitar əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsi olaraq inkişaf etdirilir.
Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində birgə layihələrin həyata keçirilməsi
xalqlar arasında qarşılıqlı etimadın və yaxınlığın möhkəmlənməsinə xidmət edir.
Qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və
yenidənqurma prosesində iştirakına verilən yüksək qiymətdir. Xüsusilə Ağdam rayonunun
Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və
həmrəyliyin praktik ifadəsi kimi dəyərləndirilir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına
deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da
möhkəmlənməsinə xidmət edir.
Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisinin
xüsusi qeyd olunması təkcə həyata keçirilən sosial layihəyə verilən qiymət deyil. Bu, eyni
zamanda, Türk dünyasında qarşılıqlı həmrəyliyin və qardaşlığın real ifadəsi kimi dəyərləndirilir.
Müasir standartlara uyğun inşa olunan məktəb bölgənin təhsil infrastrukturunun inkişafına
mühüm töhfə verməklə yanaşı, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin də
rəmzinə çevrilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və
yenidənqurma layihələrinə dost ölkələrin qoşulması həmin ərazilərin beynəlxalq əməkdaşlıq
platformasına çevrildiyini də göstərir.
İbrahim Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı

















