Ukrayna Silahlı Qüvvələri (VSQ) avqustun 4-nə keçən gecə və səhər saatlarında Rusiyanın Leninqrad vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd göstərib.
1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Leninqrad vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Hücum nəticəsində yerüstü infrastruktura ziyan dəyib. Məlumata görə, anbar sahəsi zədələnib, hadisə zamanı bir nəfər xəsarət alıb. Yaralıya tibbi yardım göstərilib.
Hazırda hadisə yerində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Dəymiş ziyanın həcmi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
















