1xeber.media xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrlə Moskvanı Kiyevin şərtlərini qəbul etməyə məcbur edə biləcəyini düşünməsinin yanlış olduğunu bildirib.
O, bu barədə X sosial şəbəkəsində paylaşım edərək Ukrayna liderinin bu məsələdə qeyri-rasional mövqe sərgilədiyini qeyd edib.
Devisin sözlərinə görə, "4,5 il davam edən müharibədən sonra bir neçə uzaqmənzilli zərbə ilə münaqişəni eskalasiya edib, bunun nəticəsində Vladimir Putinin cəmi bir neçə ay ərzində Kiyevin tələbləri qarşısında geri çəkiləcəyini düşünmək ciddi yanılğıdır".
Keçmiş hərbçi əlavə edib ki, Ukrayna indiyədək Rusiyadan qat-qat çox pilotsuz uçuş aparatları və raket hücumlarına məruz qalıb. O, həmçinin Rusiyanın nüvə silahına malik olduğunu xatırladaraq bildirib ki, "Kiyevdə və Brüsseldə bir çoxları bu amili unudurlar".
1xeber.media xatırladır ki, daha əvvəl Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün yeni kamikadze pilotsuz uçuş aparatı hazırladığı barədə məlumat yayılmışdı. Bildirilir ki, həmin PUA-nın seriyalı istehsalına yaxın aylarda başlanılması planlaşdırılır.

















