1xeber.media xəbər verir ki, Polşa vətəndaşı, könüllü Marek Rusek-Volski iyulun 27-də Xarkov şəhərində pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olub.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Matsey Vevior Threads sosial şəbəkəsində məlumat verib.
"Ukraynada polşalı könüllünün ölümünü təsdiqləyirəm. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", – deyə Vevior paylaşımında bildirib.
1xeber.media xatırladır ki, bundan əvvəl xüsusi hərbi əməliyyat zonasının Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən kolumbiyalı muzdlunun məhv edildiyi barədə məlumat yayılmışdı.
















