1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri Valeri Zalujnının Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı səsləndirdiyi fikirlər siyasi müzakirələrə səbəb olub.
Rusiyalı politoloq Vladimir Skaçko aif.ru portalına açıqlamasında bildirib ki, Zalujnının bu mövqeyi Prezident Volodimir Zelenskini tənqid etməyə yönəlmiş siyasi strategiyanın tərkib hissəsi ola bilər.
Ekspertin fikrincə, keçmiş baş komandan NATO üzvlüyü ilə bağlı uzun illər verilən vədlərin reallaşmamasını qabardaraq Zelenskini yerinə yetirilməsi mümkün olmayan vədlər verməkdə ittiham etməyə çalışır.
Skaçko hesab edir ki, bu cür bəyanatlar eyni zamanda Zelenskinin siyasi nüfuzunu zəiflətməyə hesablanmış kampaniyanın başlanğıcı ola bilər və gələcəkdə mümkün seçki kampaniyasında istifadə edilə bilər.
1xeber.media xatırladır ki, bundan əvvəl ukraynalı tarixçi Marta Havrişko Valeri Zalujnının Ukraynanın NATO-ya qəbulunun mümkün olmadığı ilə bağlı bəyanatının cəmiyyəti mövcud reallıqla üz-üzə qoyduğunu bildirmişdi.
















