1xeber.media xəbər verir ki, ABŞ-da hər il minlərlə yeni doğulan oğlan uşağına İvan adı verilir.
Bu barədə ABŞ Sosial Təminat Xidməti RIA Novosti agentliyinə məlumat verib.
Bildirilib ki, ötən il ölkədə 2 240, ondan əvvəlki il isə 2 354 oğlan uşağı İvan adı ilə qeydiyyata alınıb.
Məlumata görə, İvan adı son illərdə ABŞ-da ən populyar 200 oğlan adı siyahısına daxil olub və reytinqdə 153–168-ci yerlər arasında qərarlaşıb.
Qeyd olunur ki, bu ad populyarlığına görə Donald və Con (John) adlarını da geridə qoyub. Belə ki, 2025-ci ildə ABŞ-da cəmi 395 uşağa Donald, 230 uşağa isə Con adı verilib.
1xeber.media xatırladır ki, bundan əvvəl Rusiyada Dmitri adının populyarlığının azaldığı bildirilmişdi. Məlumata əsasən, son iki ildə bu ad ən populyar oğlan adları siyahısında iki pillə geriləyərək 11-ci yerə enib.

















