1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Kiyev və Odessa limanlarına endirilən kütləvi zərbələrin əsas hədəflərini açıqlayıb.
Deputat "Lenta.ru"-ya açıqlamasında bildirib ki, Ukraynaya silah çatdırılmasına kömək edən bütün obyektlərin məhv edilməsi vacibdir.
Kolesnikin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin uzaqmənzilli zərbələrinin əsas məqsədlərindən biri arxa cəbhədə yerləşən anbarların və hərbi ehtiyatların məhv edilməsidir.
"Buraya canlı qüvvə ilə yanaşı, onların istifadə etdiyi silahlar və Rusiya ordusuna qarşı tətbiq oluna biləcək digər vasitələr də daxildir", – deyə deputat bildirib.
O əlavə edib ki, Rusiya ordusu silah və texnikanın döyüş xəttinə çatdırılması üçün istifadə olunan logistika zəncirlərini də pozmağa çalışır.
1xeber.media bildirir ki, Kolesnik bu cür zərbələrin Rusiya qoşunlarının qarşıya qoyulan vəzifələri yerinə yetirməsini asanlaşdırdığını qeyd edib.

















