Avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
1xeber.media xəbər verir ki, Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.
Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.
Qızlar
-40 kq
Sunay Salamova
Zəhra Quliyeva
-44 kq
Pərvin Sevxanlı
-48 kq
Könül Eyvazlı
Oğlanlar
-50 kq
Fərid Rzazadə
-55 kq
Fərid Xudiyev
İbrahim Talıbov
-66 kq
İlkin Qarayev
-73 kq
Yusuf Nəzər
Sadiq Məmmədov
-81 kq
Ayxan Həsənli
Yaqub Məmmədov
-90 kq
Ömər Axundov
Nurəddin Əliyev
















