Ermənistan Baş Prokurorluğu sabiq təhsil və elm naziri Levon Mkrtçyan və onunla əlaqəli şəxslərə məxsus əmlakın dövlət nəfinə müsadirə edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
1xeber.media xəbər verir ki, prokurorluq aşağıdakı əmlak və vəsaitlərin Ermənistan dövlətinin xeyrinə müsadirəsini tələb edir:
- 26 daşınmaz əmlak;
- 7 nəqliyyat vasitəsi;
- 5 hüquqi şəxsdə iştirak payı;
- 893 milyon 449 min dram (təxminən 2 milyon 456 min ABŞ dolları);
- 276 milyon 106 min dram. (təxminən 759 min ABŞ dolları)
Beləliklə, müsadirəsi tələb olunan pul vəsaitinin ümumi məbləği 1 milyard 169 milyon 555 min dram təşkil edir.
Levon Mkrtçyan 2008–2018-ci illərdə müxtəlif dövrlərdə Ermənistanın təhsil və elm naziri vəzifəsində çalışıb.
Kanal istehzalı formada bildirib ki, millətçi şüarlar səsləndirən siyasətçinin adına bu qədər əmlak və vəsaitin çıxması onun "vətənpərvərlik" ritorikası ilə ziddiyyət təşkil edir.
“Yeri gəlmişkən, bir daha xatırladaq ki, mələk sifətli bu kök kişi daşnakdır. Hə, o daşnaklardan ki, "Azadlıq, ya ölüm!", "Dənizdən dənizə Ermənistan!" şüarları səsləndirir, Azərbaycan və Türkiyə bayraqlarını cəsarətlə yandırırlar, çünki guya "əsl vətənpərvər yalnız belə davranmalıdır". Amma işin əslində isə onun adına 26 daşınmaz əmlak, 7 nəqliyyat vasitəsi, 5 hüquqi şəxsdə iştirak payı və 1 milyard 169 milyon 555 min dramlıq əmlak və vəsait çıxır. Bu isə hələ onun "yuyub" gizlətməyə macal tapmadığı hissədir!”,-deyə kanalına yazısında qeyd olunub.
musavat.com
















