1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin "AvtoVAZ" ASC-nin kollektivinə rəsmi təşəkkür elan edib.
Müvafiq sərəncam hüquqi aktların rəsmi dərc portalında yayımlanıb.
Sənəddə bildirilib ki, təşəkkür avtomobil sənayesinin inkişafına verdiyi töhfəyə və əldə olunan əmək nailiyyətlərinə görə Samara vilayətində yerləşən "AvtoVAZ" ASC-nin kollektivinə elan olunur.
Qeyd edək ki, "AvtoVAZ" bu il fəaliyyətinin 60 illiyini qeyd edib. Müəssisə 1970-ci ildə ilk avtomobilini istehsal etdikdən sonra indiyədək ümumilikdə 32 milyondan çox avtomobil istehsal edib.

















