AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmədir.
1xeber.media xəbər verir ki,13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib.
Bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər.
Məhəmmədəli Bakının Xətai rayonunda yaşayırmış.O,27 saylı orta məktəbin 8d sinifində rus bölməsi üzrə təhsil alırmış.Onun anası milliyətcə çeçendir.Qeyd olunur ki,yeniyetmə Yeni ili qeyd etmək üçün Bakıdan Qroznıya gedirmiş.
Məlumata görə,Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.