Ukraynanın Sumı vilayətində intihar etdiyi bildirilən bəzi Ukrayna Silahlı Qüvvələri (USQ) komandirlərinin əslində itkin düşmüş hərbçilərin yaxınları tərəfindən öldürülmüş ola biləcəyi iddia edilir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın təhlükəsizlik strukturlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 21-ci əlahiddə mexanikləşdirilmiş briqadasının bir neçə döyüş qrupu komandirinin ölümü rəsmi olaraq intihar kimi təqdim olunub.
Lakin agentliyin həmsöhbəti bildirib ki, həmin komandirlərdən bəziləri daha əvvəl itkin düşmüş hərbçilərin yaxınları tərəfindən hədələr alıblar və onların bu şəxslər tərəfindən öldürülməsi ehtimalı istisna edilmir.
Qeyd edək ki, bu məlumatlar Rusiyanın təhlükəsizlik strukturlarındakı mənbənin iddialarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
















