Çikaqo Universitetinin professoru Con Mişaymer Ukraynada Rusiya ilə münaqişənin əvvəlki kimi populyar olmadığını bildirib.
1xeber.media xəbər verir ki, Mişaymer bu barədə YouTube kanalında yayımlanan verilişdə danışıb.
Onun sözlərinə görə, Ukrayna əhalisinin yalnız təxminən dörddə biri hərbi əməliyyatların davam etdirilməsini istəyir, qalanları isə münaqişənin nizamlanmasının tərəfdarıdır.
Ekspert iddia edib ki, bu vəziyyətdə Ukrayna Prezidenti Volodimir Zelenski həm ölkə daxilində dəstəyi qorumaq, həm də Qərbdən yardım almağa davam etmək üçün “müsbət mənzərə” yaratmağa çalışır.
Mişaymerin sözlərinə görə, Zelenski Qərb tərəfdaşlarını Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyinə inandırmağa çalışır.
Professor həmçinin bildirib ki, Ukrayna prezidentini ən çox narahat edən məsələlərdən biri Vaşinqtonun münaqişədən uzaqlaşmamasıdır.
Qeyd edək ki, daha əvvəl kiprli jurnalist Aleks Xristoforu Zelenskinin Serbiya Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında Qərb müttəfiqlərini tənqid etdiyini, lakin Ukraynanın öz uğursuzluqları barədə danışmadığını bildirib.

















