Dəməşqdə Dördüncü Ağır Cinayətlər Məhkəməsi Suriya xalqına qarşı cinayətlər törətməkdə ittiham devrilmiş prezident Bəşər Əsəd və onun qohumu Atif Nəcib barəsində açılmış cinayət işi üzrə hökmün elan edilməsi üçün doqquzuncu iclasını keçirib.
1xeber.media xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə Bəşər Əsəd və Atif Nəcib barəsində ölüm hökmü çıxarıb. Bildirilir ki, Bəşər və Atif məhkəmədə qiyabi mühakimə olunub və onların beynəlxalq səviyyədə axtarışa verilməsi barədə qərar qəbul edilib.
Hakim Fəxrəddin Əl-Əryan hökmün elan edildiyi iclasda bildirib ki, Atif Nəcib “Suriya inqilabının başlanğıcında Dərada mülki şəxslərə qarşı təhlükəsizlik əməliyyatına rəhbərlik edib”. O vurğulayıb ki, istintaq materialları və şahid ifadələrinə əsasən, Nəcibə aid edilən əməllər insanlıq əleyhinə cinayətlər təşkil edir.
Hakim həmçinin bildirib ki, "Bəşər Əsəd bu cinayətlərdə iştirakı ən yüksək səviyyədədir. O, qərar qəbul edən şəxs kimi cinayətlərin həyata keçirilməsində və dövlət qurumlarından bu məqsədlər üçün istifadə olunmasında şəxsən iştirak edib".
Məhkəmə Bəşər Əsədi bir neçə şəxsin, o cümlədən uşaqların qəsdən və bilərəkdən öldürülməsi, işgəncə verilməsi və özbaşına həbs cinayətlərində, həmçinin digər ağır cinayətlərdə təqsirli bilib.

















