İngiltərənin “Çelsi” klubunun qapıçısı Filip Yorgensen Fransanın “Strasburq” komandasına icarəyə verilib.
1xeber.media xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Danimarkalı qapıçı mövsümün sonunadək Liqa 1 klubunda çıxış edəcək.
Qeyd edək ki, “Strasburq” klubunun sahibi “Çelsi”nin də daxil olduğu “BlueCo” konsorsiumudur.
Filip Yorgensen 2024-cü ildən “Çelsi”də çıxış edir. O, ötən mövsüm London klubunun heyətində 12 oyuna çıxıb və 17 qol buraxıb. Qolkiper həmin görüşlərin ikisində qapısını toxunulmaz saxlayıb.

















