Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) maraqları üçün istifadə olunan logistika mərkəzlərinə zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərbələr Ukraynada yerləşən digər hərbi obyektlərə də endirilib. Hədəflər arasında sursat anbarları, zərbə PUA-larının saxlanıldığı məntəqələr, Ukrayna silahlı birləşmələrinin və xarici muzdluların müvəqqəti dislokasiya məntəqələri olub.
Bundan əlavə, Qara dənizin akvatoriyasında Ukrayna Silahlı Qüvvələrinə məxsus patrul katerinin məhv edildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr operativ-taktiki aviasiya, zərbə PUA-ları, raketlər və artilleriyanın köməyi ilə həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin sutka ərzində Rusiya istiqamətində uçan 931 pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı.

















