Zaqatalada minik maşını TIR-la toqquşub.
1xeber.media lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün 12 radələrində Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi "Şevrolet Niva" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq, aşıb.
Məlumata görə, "Şevrolet"də olan iki nəfər xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.
















