1xeber.media xəbər verir ki, Çin Rusiyanın Kuril adaları ilə bağlı mövqeyinə dəstək nümayiş etdirib.
Ekspert Aleksey Maslovun sözlərinə görə, Pekinin açıqlaması yalnız Yaponiyaya deyil, həm də beynəlxalq ictimaiyyətə mesaj xarakteri daşıyıb. O bildirib ki, Çin bununla Rusiya ilə münasibətlərinin sadəcə iqtisadi deyil, strateji tərəfdaşlıq olduğunu göstərib.
Maslovun fikrincə, Pekin son dövrlərdə Rusiyanın bir sıra mövqelərini daha açıq şəkildə dəstəkləməyə başlayıb.
















