1xeber.media xəbər verir ki, britaniyalı hərbi analitik Aleksandr Merkuriş Kiyevin Qara dənizdə qarşılıqlı atəşkəs təklifi ilə çıxış etməsini şərh edib.
Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiya gəmilərinə hücumların ardından yaranan vəziyyətə görə Moskva ilə atəşkəs imkanları axtarır.
Analitik hesab edir ki, Kiyev mümkün fasilədən hərbi potensialını gücləndirmək üçün istifadə edə bilər.
Qeyd edək ki, Reuters-in məlumatına görə, Ukrayna vasitəçilər üzərindən Rusiyaya Qara dənizdəki obyektlərə qarşı hücumların qarşılıqlı dayandırılması təklifini çatdırıb.















