"Əl-Nassr"ın hücumçusu Kriştiano Ronaldonun ailəsi onun toy mərasimində iştirak etməyib.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, mərasim Kaskaisdəki iqamətgahda baş tutub. Toyda iştirak edənlər arasında Ronaldonun dostu Miguel Paixao, gəlinin bacısı İvana Rodriguez, zərgər Xose Rodriges Sanguil və həyat yoldaşı Monika Qonzales Martinez olub. Cütlüyün beş övladı da mərasimdə iştirak edib.
Ronaldonun anası, qardaşı və bacıları toyda iştirak etməyiblər.
Qeyd edək ki, toy mərasimi 11 avqustda baş tutub. İdmançı daha əvvəl toyun 2026-cı il Dünya Çempionatından sonra və qapalı mərasimdə baş tutacağını bildirmişdi, buna səbəb Rodrigezin böyük şənliklərin xoşlanmamısı göstərilib.
















