1xeber.media xəbər verir ki, Rusiya və İndoneziya indoneziyalı kosmonavtın kosmosa göndərilməsi imkanını müzakirə edir.
Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov bildirib ki, tərəflər artıq kosmonavtın hazırlanması məsələsini də nəzərdən keçirirlər.
Onun sözlərinə görə, İndoneziya maraq göstərərsə, “Roskosmos” bu istiqamətdə əməkdaşlığa hazırdır. Diplomat qeyd edib ki, Rusiya daha əvvəl Monqolustan, Vyetnam, Malayziya və digər ölkələrin nümayəndələrini kosmosa göndərib.
















