Berlində “Rave The Planet” adlı texnoparad keçirilib.
1xeber.media xarici mediaya istinadən xəbər verir ki, avqustun 15-də keçirilən tədbirdə onminlərlə insan iştirak edib.
Şəhərin Yanğınsöndürmə Xidmətinin məlumatına görə, parad zamanı 50 nəfər xəstəxanaya yerləşdirilib.
Onların arasında xəsarət alanlarla yanaşı, narkotik və alkoqol istifadəsi, eləcə də havanın yüksək temperaturu səbəbilə səhhətində problem yaranan şəxslər olub.
Bundan başqa, tədbirin tibbi xidməti 651 nəfərə yerində yardım göstərib.
Qeyd edək ki, “Rave The Planet” Berlinin “Love Parade” ənənəsini davam etdirən texno tədbirlərindən biridir.














