1xeber.media xəbər verir ki, Rusiyanın “Vostok” qoşun qruplaşmasının tərkibində döyüşən “Arnay” çağırış adlı hərbçi Ukraynanın Zaporojye vilayətində gözlənilmədən Ukrayna Silahlı Qüvvələrinin mövqeyinə daxil olaraq üç hərbçini əsir götürüb.
Hadisə barədə onun silahdaşı “Şah” “RİA Novosti”yə danışıb. Onun sözlərinə görə, “Arnay”a Ukrayna ordusunun dayaq məntəqəsinin yaxınlığında mövqe tutmaq və orada neçə hərbçinin olduğunu müəyyənləşdirmək tapşırılıb.
Lakin hərbçi mövqeyə yaxınlaşarkən gözlənilmədən birbaşa istehkamın içərisinə daxil olub.
“Oraya birbaşa getdi və mövqeni təkbaşına ələ keçirdi. Onu gözləmirdilər, o da onları gözləmirdi. İçəri girəndə hamısı oturub yemək yeyirdi”, – deyə “Şah” bildirib.
Məlumata görə, mövqedə üç ukraynalı hərbçi olub. “Arnay” onların formasından və fərqləndirici nişanlarından qarşı tərəfə məxsus olduqlarını müəyyən edib. Daha sonra avtomatla hərbçilərdən təslim olmalarını tələb edib.
Qeyd edək ki, “Şah” daha əvvəl Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatını avtomatını ona ataraq vurduğunu bildirmişdi. Onun sözlərinə görə, həmin vaxt döyüşçülər dronu aşkar etdikdə sursatları bitib və o, son çarə kimi avtomatını pilotsuz aparata atıb.














