Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
1xeber.media xəbər verir ki, araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.














