Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin hərbi qulluqçuları təltif ediliblər.
1xeber.media-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müavinləri general-leytenant Mehdiyev İlham İsmayıl oğlu və general-leytenant Nağıyev Əfqan Vəli oğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar.














