Şəmkirdə ağır yol qəzası baş verib.
1xeber.media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.
***
Qəzada ölənlərin sayı 4 nəfərə çatıb.
***
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir.














