Bakı şəhərinin iki küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlanacaq.
Həmin tarixdən Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissədə də saat 20:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən sözügedən müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.














