Azərbaycan Ordusunun məşhur zabiti, Vətən müharibəsinin komandanlarından biri olmuş general-leytenant Mayis Bərxudarov uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.
1xeber.media xəbər verir ki, o, şəhid Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizənin toyunda iştirak edib.
Qeyd edək ki, Şükür Həmidovun qızı Əzizə Həmidova ötən gün Nicat adlı şəxslə ailə qurub.
Onların toyunda generallar, məmurlar, tanınmış ictimai şəxslər iştirak ediblər.
Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordunun Baş Qərargah rəisi general–polkovnik Kərim Vəlyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov da toy mərasiminə qatılıblar.














