2026-cı ilin birinci yarısında Azərbaycanda 52,3 min yeni iş yeri açılıb.
1xeber.media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yeni yaradılan iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Regionlar üzrə yeni iş yerlərinin 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Yeni iş yerlərinin 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunda açılıb.
Yaradılmış iş yerlərinin 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 22,1 faizi yeni yaradılmış, 0,4 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub.
Yeni iş yerlərinin 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,5 faizi təhsil, 7,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə yaradılıb













