Rusiya Ukraynadakı münaqişənin müvəqqəti dondurulmasını nizamlanma variantı kimi qəbul etmir.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Jurnalistlərin Kremlın döyüşlərin dondurulması variantını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualını cavablandıran Uşakov Rusiyanın mövqeyinin buna imkan vermədiyini deyib.
“Bizim mövqeyimizi bilirsiniz, bu, belə bir variantı istisna edir”, – Uşakov bildirib.
O, həmçinin Rusiya və ABŞ arasında “sakit diplomatiya” barədə yayılan məlumatları şərh edib. Uşakovun sözlərinə görə, iki ölkə arasında dialoq barədə açıq şəkildə danışılırsa, bu artıq diplomatiya deyil, ictimai bəyanatlardır.
Rusiya xarici işlər naziri Sergey Lavrov da daha əvvəl münaqişənin yalnız mövcud təmas xətti üzrə dayandırılmasının davamlı nizamlanma olmadan nəzərdən keçirilə bilməyəcəyini bildirmişdi.














