Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus Kanadada istehsal olunan iki “Senator” zirehli maşınının məhv edildiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, texnika Donetsk Xalq Respublikasında döyüşlər zamanı məhv edilib.
“Senator” zirehli maşınları yüksək mühafizə xüsusiyyətlərinə görə bəzi mənbələrdə “apokalipsis maşınları” adlandırılır. Nazirlik onların məhv edilməsi ilə bağlı döyüşün digər detallarını açıqlamayıb.
Məlumata görə, döyüşlər zamanı Ukrayna tərəfi həmçinin Böyük Britaniya istehsalı “Spartan” zirehli transportyoru, ABŞ istehsalı M113 və HMMWV də daxil olmaqla daha doqquz zirehli texnika itirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl Donetsk Xalq Respublikasında Krasnopodolie yaşayış məntəqəsinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini bildirmişdi.














