Qırğızıstanda həbsdə olan Akın Askat Jetigen adlı fəal prezidentin əfv fərmanından imtina edib.
1xeber.media xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı yazıb.
O, həbs müddəti bitdikdən sonra azadlıqda jurnalistlərə bildirib ki, hökmdən sonra bağışlanma və ya əfv diləmək niyyətində deyil: "Günahkar olanlar əfv diləyirlər. Mən günahsızam. Mənim işimdə heç bir cinayət əlaməti yoxdur. Mən bağışlanma və ya əfv diləməmişəm".
Jetigenin sözlərinə görə, ona iki dəfə əfv diləməsi təklif olunub, lakin o, bundan imtina edib.
Xatırladaq ki, fəal 19 avqustda üç illik həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.
Akyn 2024-cü ilin mart ayında həbs edilib. O, kütləvi iğtişaşlara təhrik etməkdə və hakimiyyəti ələ keçirməyə çağırış etməkdə ittiham olunub.















