Andrey Sibiqa yenidən Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib.
1xeber.media xəbər verir ki, "Rada Sybihanı yenidən tamhüquqlu Xarici İşlər Naziri təyin etdi".
Qeyd olunur ki, 266 Rada üzvü Sybihanın təyinatının lehinə səs verib.
Bir müddət əvvəl Ukrayna parlamentinin üzvü Yaroslav Jeleznyak bildirib ki, Ukrayna prezidenti Volodymyr Zelenski müdafiə naziri vəzifəsinə təklif etdiyi namizəd Yevgeni Xmaranı Ali Radaya şəxsən təqdim etməyəcək.















