Andraş Baka Macarıstan prezidenti kimi vəzifəsinin icrasına başladı
1xeber.media xəbər verir ki, Andraş Baka bu gündən — 19 avqust 2026-cı ildən etibarən Macarıstan prezidentinin səlahiyyətlərini rəsmən icra etməyə başlayıb.
Baş nazir Peter Magyar bunu “X” sosial şəbəkəsində açıqlayıb. O, yeni prezidentə fəaliyyətində uğurlar, möhkəm cansağlığı və mümkün qədər çox humanizm arzulayıb.
Andraş Baka avqustun 11-də Macarıstan parlamentində keçirilən səsvermə nəticəsində prezident seçilib.















