NASA və “Roskosmos” Beynəlxalq Kosmik Stansiyanın (MKS) orbitdən endirilməsi ilə bağlı məsuliyyət bölgüsünü müzakirə edir.
1xeber.media xəbər verir ki, tərəflər stansiyanın 2030-cu ilə qədər fəaliyyətini davam etdirməsi və daha sonra orbitdən çıxarılması zamanı hansı tərəfin hansı hissəyə cavabdeh olacağını razılaşdırmağa çalışır.
“Roskosmos” rəhbəri Dmitri Bakanov bildirib ki, bu məsələnin həlli üçün tərəflərin təxminən 1,5 il vaxtı var.
Planlara əsasən, MKS-in orbitdən endirilməsi prosesinin 2028-ci ildən başlaması və 2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur.















