1xeber.media xəbər verir ki, Polşa hakimiyyəti təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə Rusiya və Belarusla bütün sərhəd keçidlərini bağlamağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Polşa daha əvvəl Rusiya və Belarusun birgə hərbi təlimləri fonunda Belarusla sərhəd keçidlərini müvəqqəti bağlamışdı.
Hazırda Varşava ölkənin şərq sərhədində təhlükəsizlik tədbirlərini gücləndirir. Baş nazir Donald Tusk sərhədin əvvəlkindən daha təhlükəsiz olduğunu, lakin müdafiə imkanlarının daha da artırılacağını bildirib.

















