1xeber.media xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ın İran və onunla əlaqəli tərəflərə qarşı yeni sanksiyalar tətbiq etmək planını tənqid edib.
Pekin əlavə sanksiyaların İranla bağlı problemlərin həllinə kömək etməyəcəyini və iqtisadi təzyiqin vəziyyəti daha da gərginləşdirə biləcəyini bildirib.
Bu açıqlama ABŞ-ın İranı iqtisadi cəhətdən təcrid etmək məqsədilə “tarixdəki ən sərt sanksiyalar” paketini hazırladığını açıqlamasından sonra səslənib. Vaşinqton İranla ticarəti davam etdirən ölkələrə, o cümlədən Çinə qarşı da tədbirlər görülə biləcəyinə işarə edib.

















