NATO-nun Hərbi Komitəsi 8 ildən sonra Ukraynaya səfər edəcək
1xeber.media xəbər verir ki, NATO-nun Hərbi Komitəsi səkkiz illik fasilədən sonra Ukraynaya səfər edəcək.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı bildirib ki, NATO-nun Hərbi Komitəsinin səfəri oktyabr ayında baş tutacaq.
Onun sözlərinə görə, Ukrayna Qərb ölkələrindən hərbi yardım almaqla yanaşı, NATO ölkələrinin təhlükəsizliyinə töhfə verən hərbi təcrübəsini də bölüşür.
Drapatı qeyd edib ki, qarşıdakı səfər Ukrayna ilə NATO arasında hərbi əməkdaşlığın müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

















