1xeber.media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirin səfəri avqustun 24-də qeyd olunan Ukraynanın Müstəqillik Günü ərəfəsində baş tutub. Səfər çərçivəsində Ukrayna ordusuna hərbi dəstək, eləcə də Berlinlə Kiyev arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Səfərin əsas gündəmlərindən biri qarşıdan gələn qışa hazırlıqdır. Bu çərçivədə Ukraynaya generatorlar, ehtiyat hissələri və digər enerji texnologiyalarının tədarükü, enerji sektoruna dəstək, həmçinin kritik infrastrukturun qorunması üçün tədbirlərin görülməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, İohann Vadeful daha əvvəl Avropa ölkələrini Ukrayna üzrə danışıqlar prosesinə daha fəal dəstək verməyə çağırmışdı.

















